Klublararası dünya çempionatının təqvimi dəqiqləşib

10:21 - 30 Noyabr 2017 - İDMAN

Klublararası dünya çempionatının tam təqvimi açıqlanıb.

Ucnoqta.az Apasport.az saytınıa istinadən bildirir ki, yarışın püşkatması xeyli müddət əvvəl gerçəkləşsə də, təqvim iştirakçıların siyahısının tam müəyyənləşməsindən sonra dəqiqləşib.
 
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq sayca 14-cü dünya çempionatı dekabrın 6-da start götürəcək. Təşkilatçı ölkənin çempionu “Əl-Cəzirə” Okeaniyanın ən yaxşısı “Oklend Siti”nı sınağa çəkəcək.
 
Əbu-Dabi və Əl-Əyn şəhərlərində keçirilən mundialın 1/4 final matçları dekabrın 9-da, yarımfinal 12-13-də keçiriləcək. Turnirə dekabrın 16-da yekun vurulacaq.
 
Klublararası dünya çempionatının təqvimi
Pley-off
6 dekabr
1. “Əl-Cəzirə” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya)
 
1/4 final
9 dekabr
2. “Paçuka” (Meksika) – “Vidad” (Mərakeş)
3. “Urava Red Diamonds” (Yaponiya) – 1-ci cütün qalibi
 
5-ci yer uğrunda oyun
12 dekabr
4. 2-ci cütün məğlubu – 3-cü cütün məğlubu
 
1/2 final
12 dekabr
5. “Qremio” (Braziliya) – 2-ci cütün qalibi
13 dekabr
6. “Real” (İspaniya) – 3-cü cütün qalibi
 
3-cü yer uğrunda oyun
16 dekabr
7. 5-ci cütün məğlubu – 6-cı cütün məğlubu
 
Final
16 dekabr
8. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

Xəbər xətti