Formula 1-də yeni komanda

16:42 - 29 Noyabr 2017 - İDMAN

Formula 1 yarışlarında iştirak edən “Sauber” komandası “Alfa Romeo” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
 

Ucnoqta.az Trend-in məlumatına istinadən bildiri ki, 2018-ci ildən etibarən komanda “Alfa Romeo Sauber” adlanacaq.

İtaliyanın “Alfa Romeo” şirkəti sonuncu dəfə Formula 1-də 1985-ci ildə iştirak edib.
 

Qeyd edək ki, “Alfa Romeo” Formula 1 yarışlarının ilk iştirakçılarından biridir. Bu növdə ilk iki dünya çempionu – 1950-ci ildə Nino Farina və 1951-ci ildə Xuan Maneul Fanxio məhz “Alfa Romeo” bolidləri ilə bu titulu qazanıblar.

Xəbər xətti