XI respublika oyunlarının ilk qalib cüdoçuları məlum olub

13:52 - 28 Noyabr 2017 - İDMAN

Tovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarının ilk günün qalibləri müəyyənləşib.
 

Bu barədə Ucnoqta.az AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasından verilən məlumata istinadən bildirir.

Qızların yarışında Züleyxa Nağıyeva (28 kq), Təranə Quliyev (32 kq), Fidan Qasımova (36 kq), Könül Əliyeva (40 kq), Zeynəb Əhmədova (44 kq), Pərvanə Abdullayev (48 kq) və Rita Əliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Oğlanların mübarizəsində isə Murad Balacayev (34 kq), Süleyman Şükürov (38 kq), Eltac Yusifli (42 kq) və Ərəbxan Ramazanov (46 kq) çempion olublar.


Xəbər xətti