Azərbaycan çempionatında son üç mövsümün rekordu vurulub

10:59 - 28 Noyabr 2017 - İDMAN

Premyer Liqada son üç mövsümün rekordu qeydə alınıb.
 

Ucnoqta.az Apasport.az saytına istinadən bildirir ki, “Qəbələ”nin futbolçusu Baqali Dabo mövsümün ilk yarısında vurduğu qol sayında son üç ilin ən yüksək göstəricisinə imza atıb.

 Belə ki, arxada qalan 13 turda 8 qol vuran fransalı əvvəlki iki mövsümün nəticəsini arxada qoyub. Ötən çempionatda qış fasiləsinə qədər bombardirlər siyahısına Dabo başçılıq edirdi. Həmin vaxt onun hesabında 7 qol var idi.
 
Elə 2015/16 mövsümündə də ilk yarının ən məhsuldar oyunçusu 7 dəfə fərqlənmişdi. Həmin vaxt “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda hamıdan öndə idi.
 
Daboya qədər ilk yarıda 7-dən çox qol vuran sonuncu futbolçu Nurlan Novruzov olub. “Bakı”nın qolçusu 2014/15 mövsümünün qış fasiləsinədək 9 dəfə fərqlənmişdi. Baqali həmin nəticəni də təkrarlamaq, hətta keçmək imkanına malikdi. Bunun üçün legioner ilin son turunun “Keşlə” ilə matçında da məhsuldar çıxış etməlidi. 

Xəbər xətti