“YARAT”da yeni tədbir - “Ruhun defibrillasiyası”

15:40 - 27 Noyabr 2017 - Mədəniyyət

Dekabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Ruhun defibrillasiyası” adlı ədəbi-musiqili axşam təşkil ediləcək.
 

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin qonaqları tanınmış şairə İrana Qasımova və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xoreoqraf və rejissor Rumiyə Ağayeva olacaq. Həmçinin “Harmony Dance Studio”nu təmsil edən rəqs dueti Fərid Mehdiyev və Diana Şahbazova gecəyə xüsusi rəng qatacaq.

Tədbirdə arzu edən hər kəs iştirak edə bilər.

Xəbər xətti