Qurban Qurbanovla Şenol Günəş nədən danışıb?

20:45 - 24 Noyabr 2017 - İDMAN

"Bir müsəlman və qardaş komandanın xarüqələr yaratması bütün Azərbaycan xalqını çox sevindirdi".

 


Ucnoqta.azxəbər verir ki, Qol.az-ın "Habertürk"ə istinadən yaydığı xəbərinə görə, bunu "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşlə görüşündə deyib.

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" matçını stadiondan izləyən türkiyəli mütəxəssis oyundan əvvəl Qurbanovla görüşüb.

Q.Qurbanov söhbət zamanı "Beşiktaş"ın uğuruna sevindiyini və bu komandadan örnək götürdüyünü bildirib: "Burda hamı sizin haqqınızda danışır. Həm klub, həm də məşqçi kimi sizdən örnək götürürük və buna davam edəcəyik. Bir türk məşqçinin uğuru bizi qürurlandırır. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçib onun izi ilə gedəcəyik. Ümid edirik ki, biz də gələcəkdə sizin kimi uğurlar qazanarıq".
 
Şenol Günəş də söhbətində Azərbaycanda "Qarabağ" kimi komandanın olduğundan qürurlandığını qeyd edib: “İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.
 
Görüş zamanı “Qarabağ” rəhbərliyinin yaxın vaxtlarda İstanbula gedərək, “Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.

 

Xəbər xətti