Azərbaycan UEFA-nın reytinqində 1 pillə gerilədi

12:35 - 24 Noyabr 2017 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
 

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olub. Ölkəmiz bir pillə geriləyib.
Buna “Ostersun”un qələbəsi səbəb olub. “Zarya”nı 2:0 hesabı ilə məğlub edən komandanın sayəsində İsveç 2 pillə irəliləyib. Bu səbəbdən Azərbaycan 23-cü yerə  enib.
Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 19,125-dir. 
 

Qeyd edək ki, siyahıya 98,569 xalla İspaniya başçılıq edir.

Xəbər xətti