Noyabrın 23-də İçərişəhərdə Qız qalası ətrafında payız yemək festivalına start verilib.
Ucnoqta.az xəbər verir ki, “Sweet November” adlı festivalda payızın əsl bayram atmosferi yaşanıb. Festivala ləzzətli taamları ilə tanınan restoran və kafelər qatılıb.
Qız Qalası ətrafında əlvan gözəlliklərlə dolu həm uşaqlar, həm də böyüklər üçün müvəqqəti şəhərcik də yaradılıb.
Festivalda iştirak edən hər bir şəxs masa arxasında isti şokoladdan ya da qlintveyndan dadıb, tanınmış DJ-lərin keyfiyyətli treklərindən həzz ala biləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real onlayn” kulinariya platforması tərəfindən təşkil olunan festival noyabrın 26-dək davam edəcək.