AFFA-dan Şehiçə ağır cəza

13:08 - 22 Noyabr 2017 - İDMAN

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu İbrahim Şehiçi cəzalandırıb.


Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, o, Topaz Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
 
Qeyd edək ki, həmin matçın 30-cu dəqiqəsində Şehiç rəqibi əli vurub. Bu səbəbdən baş hakim İnqilab Məmmədov bosniyalı qapıçıya birbaşa qırmızı vərəqə göstərib.

Xəbər xətti