İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

23:32 - 20 Noyabr 2017 - İDMAN

74 yaşlı funksionerin istefaya göndərilməsinə səbəb İtaliya millisinin DÇ-2018-dən kənarda qalması olub

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verib.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna qurumun bugün keçirilən iclasında qərar verilib.
74 yaşlı funksionerin istefaya göndərilməsinə səbəb İtaliya millisinin DÇ-2018-dən kənarda qalması olub.
Tavekkionu keçmiş hakim Pyerluici Kollinanın əvəzləyəcəyi gözllənilir. Bununla bağlı qərar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla (0:1) son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

Xəbər xətti