“Çelsi”nin baş məşqçisi Antonio Konte noyabrın 22-də “Qarabağ”la Bakıda keçiriləcək Çempionlar Liqasının qrup oyunu ilə bağlı növbəti açıqlama verib. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, London klubunun saytına danışan italiyalı mütəxəssis bir daha bəyan edib ki, bu görüş onlar üçün cari mövsümün ən vacib qarşılaşması olacaq: “Qarabağ”la matçda qazanılacaq qələbə bizə 1/8 finalda oynamaq imkanı verəcək. Bu, çox vacibdir. Amma qalib gəlmək asan olmayacaq. Çünki onlar “Atletiko” ilə iki matçda uduzmayıblar. “Roma” ilə görüşdə məğlub olsalar da, sonadək mübarizə apardılar. Ona görə də qələbə qazanmaq üçün oyuna yaxşı köklənməli, üzərimizdə işləməliyik”.