UEFA Azərbaycanın 6 klubuna pul ayırdı

14:20 - 20 Noyabr 2017 - İDMAN

“Zirə”, “Keşlə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 6 komandaya pul ayırıb.
Ucnoqta.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı” proqramı çərçivəsində  həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb.
 
“Zirə”, “Keşlə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.
 
Qeyd: “Kəpəz” və “Keşlə” (sabiq “İnter”) üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

“Zirə”, “Keşlə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.

 

Xəbər xətti