Saxta pul kəsən Şəmkir sakini saxlanılıb

12:45 - 18 Noyabr 2017 - Xəbər

Azərbaycanda saxta pul hazırlayan şəxs tutulub.  

 

Ucnoqta.azxəbər verir ki, polis əməkdaşları Şəmkir rayon sakini Bəhruz Nuriyevin yaşadığı evdə axtarış aparıblar.   Axtarış zamanı oradan 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 100 ABŞ dolları saxta əsginas, 1 ədəd printer, saxta pul çap etmək üçün nəzərdə tutulan 200 ədəd qara rəngli kağız və 1 kiloqramdan çox gümüşü civə aşkar edilərək götürülüb.   Faktla bağlı araşdırmalar davam etdirilir./APA//

Xəbər xətti