İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox döyüş təyyarəsi gecə ərzində İrandakı 100-dən çox hədəfə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Gecə ərzində 200-dən çox döyüş təyyarəsi dəqiq kəşfiyyat təlimatları əsasında İran boyu 100-dən çox hədəfə, o cümlədən İranın yüksək səviyyəli hərbi liderlərinin sığınacaqlarına hücum edib”, - bəyanatda deyilir.