150-dən çox İran pilotsuz təyyarəsi cavab zərbəsi endirmək üçün İraqın hava məkanını keçərək İsrailə doğru istiqamət alıb.
Ucnoqta.az xəbər verir ki, bu iddia ilə İraqın “Shafaq News” xəbər portalı çıxış edib.
İraq təhlükəsizlik güclərindəki yüksək rütbəli mənbənin sözlərinə görə, pilotsuz təyyarələr İranla həmsərhəd olan Diyala əyaləti üzərində müşahidə edilib.
Mənbə əlavə edib ki, İsrailin İrana bir gecədə endirdiyi zərbədən sonra İraq ərazisinə düşən eyni əyalətdə ən azı beş raket qalığı tapılıb.
Cümə gecəsi İsrail nüvə proqramında mühüm yerləri məhv etmək üçün İrana zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.