Türkiyədə daha bir veteran futbolçu FETÖ terror təşkilatı ilə əlaqələrinə görə məsuliyyətə cəlb edilib.
Ucnoqta.az xəbər verir ki, Lent.az sözcü.com.tr-yə istinadən məlumatına görə İstanbul Prokurorluğunun təqdimatı ilə Zəfər Biryol saxlanılıb. Onun konkret hansı əməllərdə iştirakçı və ya vasitəçi olması, kimlərlə iş görməsi hələlik açıqlanmır.
Qeyd edək ki, Zəfər Biryol “Bursaspor” klubunda məşhurlaşıb və daha sonra “Fənərbağça”ya transfer edilib. O, Türkiyə çempionatında bir sezonda ən çox qol vuran futbolçular arasında yer alıb.