BP-nin regional prezidenti: "“Çelsi” ilə oyunda “Qarabağ”ı dəstəkləyəcəm"

13:19 - 16 Noyabr 2017 - İDMAN

“AFFA prezidenti Rövnəq Abdullayev kimi, mən də futbol azarkeşiyəm”.

 

Ucnoqta.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons deyib.

Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharı keçirilib.
Yığıncaqda iştirak edən BP-nin regional prezidenti Cons futbol haqda da fikirlərini bildirib. Şotlandiyalı Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubuna azarkeşlik etdiyini deyib.
O, noyabrın 22-də Britaniya təmsilçisi “Çelsi” ilə Bakıda keçiriləcək qarşılaşmada da komandamızı dəstəkləyəcəyini vurğulayıb: “Gələn həftə “Qarabağ”ın Çempionlar Liqasında növbəti oyunu keçiriləcək. Onlar “Çelsi”ni qəbul edəcəklər. Sözsüz ki, mən ürəkdən “Qarabağ”a azarkeşlik edəcəm”. 

Xəbər xətti