U-21 millimizin qapıçısı Mustafa Kemal Özhitay : "Hamı həvəsli idi, ancaq alınmadı"

14:37 - 10 Noyabr 2017 - İDMAN

21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Mutafa Kemal Özhitay Avro-2019-un seçmə mərhələsində Bakıda Almaniyay 0:7 hesabı ilə uduzduqları oyundan sonra jurnalisltərin suallarını cavablandırıb. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, türkəsilli qolkiper birabırçı məğlubiyyətin səbəbini erkən qol buraxmaları ilə əlaqələndirib.
 

- Oyun barədə nə deyə bilərsən?
- Ağır oyun oldu. Almaniyaya qarşı oynamaq çətindir. Bilirdik ki, hər şey elə də asan olmayacaq. Erkən qol buraxmağımız bizim üçün çox pis oldu.
 
- Bu qol oyunun dönüş nöqtəsi oldu?
-  Belə də demək olar. Erkən qoldan sonra çox pis oynadıq. Xeyli səhvlər etdik. Buna görə də böyük hesabla uduzduq. 
 
- Komandada döyüş ruhu görünmür. Bu nə ilə bağlıdır?
- Bilmirəm. Hamı həvəsli idi, yaxşı oynamağa çalışırdı, ancaq alınmadı. Niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm.
 
- Bəlkə rəqibdən çəkindiniz?
- Mən belə deməzdim. Sadəcə, ilk qolu çox tez buraxdıq. Bunun komandamızda psixoloji təsir etdiyini düşünürəm.
 
- Bu yaxınlarda Ozancan Kökcü Azərbaycan millisində oynamaqdan imtina etdi. Onunla bu barədə danışmısan?
- Bunu məndən soruşmayın.

Xəbər xətti