AFFA "Kəpəz"i cərimələdi: stadionu sulamadığına görə

13:08 - 8 Noyabr 2017 - İDMAN

 Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XI turunda baş vermiş hadisələrlə bağlı intizam tədbirləri seçilib. Belə ki, noyabrın 5-də “Qarabağ”la görüşdə “Kəpəz” klubu meydanı sulamadığı üçün 800 manat cərimələnib. 

 “Zirə” ilə matçda isə “Neftçi”nin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin.

Xəbər xətti