Tanınmış aparıcı Vüsalə Əlizadənin “Zülmət mələyi” adlı fotosessiyası müzakirələrə və tənqidlərə məruz qalıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zibil paketlərindən hazırlanan geyimlə kamera qarşısına keçən Əlizadə instaqram səhifəsində yazılan iradlara münasibət bildirib. Vüsalə qeyd edib ki, layihəni anlamayanları cahil adlandırıb:
“Dünəndən saytlarda yazılan xəbərlərə və şərhlərə gülürəm. Necə səviyyəsiz və cahilsiz. Bu düşüncə ilə hara gedirsiniz? Ona görə də olduğunuz yerdən heç yerə tərpənə bilməyəcəksiniz. Çünki içinizdəki çirkablar daşlaşıb, sizi həmişə aşağı çəkir və çəkəcək. Sadəcə gülürəm. Əvvala, bu zibil torbası yox, mağazadan alınmış təmiz “klyonka”dır.
Arzusunda olanlar üçün bir top alıb göndərə bilərik.İkincisi, bu, Şəlalə Maqsudovanın ideyasıdır. Mənim fikrim deyil. Mən sadəcə model olaraq geyimə obraz vermişəm. Bunu sənət kimi qəbul etmək çoxuna çətin gələ bilər, o qədər də inkişaf etməmisiniz, sizi qınamıram. Daha sonra bu geyim şəhərdə gəzmək, toya getmək üçün deyil.
Dünyada dizaynerlər belə iş təqdim etməklə milyonlar qazanır. Biz özümüzünkülərin ətini yeyib, qanını içirik. Siz batırsız deyə biz inkişaf etməyək? Artmağı bacarmırsınız, heç olmasa başqasına badalağ vurmayın. Rihanna, Ledi Qaqa geyinsəydi, ağzınızın suyu axardı”.