Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb

15:15 - 6 Noyabr 2017 - İDMAN

3-5 noyabr tarixlərində Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib. Ucnoqta.az xəbər verir ki, turnirdə uğurla çıxış edən qız tennisçimiz Gənclərin  Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu stolüstü tennis üzrə Azərbaycanın qazandığı ilk lisenziyadır.
Qeyd edək ki, növbəti Gənclərin Olimpiya Oyunları 2018-ci ilin oktyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək. İndiyədək bu yarışlar 2010-cu ildə Sinqapurda, 2012- ci ildə Avstriyada, 2014-cü ildə Çində, 2016- cı ildə isə Norveçdə keçirilib. 

 

Xəbər xətti