Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ucnoqta.az Federasiyanın saytına istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
Sabah İcraiyyə Komitəsinin iclası olacaq
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
2. Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
3. Digər məsələlər
İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.