"Keşlə" Svanadze ilə yolları ayırdı
13:33 - 29 Oktyabr 2017 - İDMAN
“Keşlə” baş məşqçisi Zaur Svanadze və onun köməkçisi Ramaz Svanadze ilə yolları ayırıb.
Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, Z.Svanadze və R.Svanadze ilə görüş keçirilib və komandanın fəaliyyəti müzakirə olunub. Görüşdə onlarla imzalanmış müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilməsi qərara alınıb.
“Keşlə” FK-nın rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, “Keşlə” Topaz Premyer Liqasında 10 turdan sonra 8 xalla turnir cədvəlinin 7-ci piləsində qərarlaşıb.