Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Ucnoqta.az federasiyanın saytına istinadən xəbər verir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.