Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb.
Qol.az-ın məlumatına görə, sözügedən epizod haqda “Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün referisinin yalnış qərar qbəul etdiyini deyib:
“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.
Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.