Jezniçak: "Şehiç bu gün mağazanı bağlamışdı"

10:36 - 19 Oktyabr 2017 - İDMAN

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə oyundan sonra maraqlı paylaşım edib. Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kuba ləqəbli 30 yaşlı oyunçu bosniyalı komanda yoldaşı - matçda etibarlı oyunu ilə yadda qalan qapıçı İbrahim Şehiçlə selfi edərək, onu tərifləyib: "Madrid komandası ilə qarşılaşdıq. Şehiç bu gün mağazanı bağlamışdı. Komandaya afərin". 

Xatırladaq ki, "Qarabağ" "Atletiko" ilə evdə qolsuz bərabərlik sayəsində qrup mərhələsində ilk xalını qazanıb.

Xəbər xətti