Robert Prosineçki sabah Bakıda olacaq. Ucnoqta.az xəbər verir ki, bu barəda Qol.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Xorvatiyalı mütəxəssisin “Trabzonspor”la anlaşması və bu gün millimizdən ayrılacağı ilə bağlı Türkiyə mətbuatında çıxan xəbərlərə münasibət bildirən federasiya rəsmisi Prosineçkinin dekabra kimi müqaviləsi olduğunu xatırladıb:
“Türkiyəli qardaşlarımızın yazdıqlarına hörmətlə yanaşırıq. Ancaq Prosineçkinin bizimlə dekabr ayına kimi müqaviləsi var. Baş məşqçi sabah Bakıya gələcək və AFFA-ya hesabat verəcək. Yenə deyirəm, onun dekabra qədər federasiya ilə müqaviləsi var”.
Qeyd edək ki, türkiyəli mütəxəssis Alp Çağlar "Haber61"ə açıqlamasında Prosineçkinin bu gün Azərbaycan millisi ilə vidalaşacağını deyib.