Güləşçilərimiz Qitələrarası Kubok yarışında 2 qızıl qazandı
16:57 - 15 Oktyabr 2017 - İDMAN
Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Xasavyurt şəhərində Qitələrarasında Kubok uğrunda mübarizəyə başlayıblar.
İlk yarış günündə yığma üzvlərindən 2-si qızıl medal qazanıb.
65 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev finalda rusiyalı Rüstəm Qaymasovu, 97 kq çəkidəki Aslanbek Alborov isə özbək Maqomed İbrahimovu yenib. 57 kq və 74 kq çəkilərdə isə azərbaycanlı pəhləvanlardan mükafatçılar sırasına düşən olmayıb.
Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurta Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yollanıb.
Qitələrarası Kuboka bu gün yekun vurulacaq.qafqazinfo