UEFA Avropa kubokları tarixində ən çox qol vuran klubların reytinqini açıqlayıb. Qurumun rəsmi saytında açıqlanan siyahıda “Qarabağ” da yer alıb. Ağdam komandası 177-ci yeri tutur. “Qarabağ” qitə kuboklarında keçirdiyi 86 matçda 87 qol vurub (orta hesabla hər oyuna 1.01 qol).
Siyahıya Madrid “Real”ı başçılıq edir (520 oyuna 1104 qol). “Barselona” ikinci (468 oyuna 926 qol), “Bavariya” isə üçüncü (439 oyuna 926 qol) yeri tutur.qol.az