UEFA 2017-2018-ci il mövsümündə Avropa Liqası turnirində iştirak edən klublarımıza maliyyə vəsaiti ayırıb. Bu barədə AFFA-nın saytı məlumat yayıb. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb.
“Zirə”– 440 min avro
“Qəbələ” – 460 min avro
“İnter” – 440 min avro
Qeyd edək ki, “İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.qol.az