Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son ev oyununa çıxacaq. Yığma komandamız Çexiya millisi ilə üz-üzə gələcək. Robert Prosineçkinin komandası səfərdə çexlərlə qolsuz bərabərliyə nail olub.
Hazırda qrupda üçüncü yerdə qərarlaşan millimiz bu gün qələbə qazanmaqla vəziyyətini bir qədər də yaxşılaşdıra bilər.
Çexiya ilə oyun kapitan Rəşad Sadıqovun millidəki son oyunu olacaq.
DÇ-2018, seçmə mərhələ
IX tur
5 oktyabr
C qrupu
20:00. Azərbaycan - Çexiya
Baş hakim: Benoit Millot
Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud
Dördüncü hakim: Frank Schneider (Hakimlər Fransadandır)
Hakim-inspektor: Are Habicht (Estoniya)
Komissar: Romano Clavadetscher (İsveçrə)
Bakı Olimpiya Stadionu