Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilmiş "müstəqillik referendumu"na münasibət bildirib. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ucnoqta.az-a bildirib ki, Azərbaycan İspaniyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir.
"Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq"- XİN sözçüsü əlavə edib.