Ucnoqta.az
www.ucnoqta.az

XİN: "Azərbaycan İspaniyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir"

10:20 - 2 Oktyabr 2017 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilmiş "müstəqillik referendumu"na münasibət bildirib. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ucnoqta.az-a bildirib ki, Azərbaycan İspaniyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir.
"
Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq"- XİN sözçüsü əlavə edib.

Müəllif: