Neymar və Kavani qol sevincini birlikdə qeyd etdilər - FOTO

11:46 - 28 Sentyabr 2017 - İDMAN

PSJ-nin Çempionlar Liqasında "Bavariya"nı 3:0 hesabı ilə yendiyi matçda hesabdan çox, Neymarla Edinson Kavaninin bir görüntüsü diqqəti çəkib. Ucnoqta.az Fanat.Az-a istinadən xəbər verir ki, braziliyalı və uruqvaylı ulduzlar barışdıqlarını nümayiş etdiriblər. Belə ki, "Lion"la Fransa çempionatı matçında iki futbolçu arasında cərimə zərbəsi və penaltini vurmağa görə gərginlik yaranmışdı. Onların oyundan sonra paltardəyişə otağında dava etdiyi deyilirdi.
Ötən gecə baş tutan oyunun2-ci dəqiqəsində Dani Alveş hesabı açıb. PSJ 31-ci dəqiqədə Edinson Kavaninin qoluna sevinib. Bu zaman Neymar əvvəlcə qolun ötürməsini verən Kilian Mbappenin yanına gedib. Daha sonra isə Kavaniyə yaxınlaşaraq onu təbrik edib.

63-cü dəqiqədə isə Neymar fərqi 3 topa çatdırıb. Bu zaman isə Neymarla Kavani qol sevincini birlikdə yaşayıb. Oyunun sonunda qucaqlaşaraq qələbəni qeyd edən cütlük açıqlamalarında aralarında heç bir problemin olmadığını bildiriblər.
Neymar: "Kavani və mənim haqqımda bir çox şaiyələr uyduruldu. Bu məsələ həddən artıq çox danışıldı, ancaq hər şey qaydasındadı".
Edinson Kavani: "Fərqli yaşayıb, fərqli düşünə bilərik. Amma meydana çıxan zaman qazanmaq üçün bir ailə kimi hərəkət etməliyik".

Xəbər xətti