Rəqib layiqli qələbə qazandı. Bunu Çempionlar Liqasının "Qarabağ" - "Roma" oyununu şərh edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, ağır oyun oldu: "Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik".
Q.Qurbanov rəqibin layiqli qələbə qazandığını qeyd edib: "Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".