"Biz hansısa nominasiyanı xaricdə beynəlxalq səviyyədə təqdim ediriksə, bu, o deməkdir ki, həmin sahə daxildə elə vəziyyətdə olmalıdır ki, xaricdən gələnlər üçün bu nümunə olsun". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr "Turizm işçilərinin peşə bayramı" münasibəti ilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, aşıq musiqisi Azərbaycanın milli sərvətidir: "Biz onu qorumalı olduğumuzu hər yerdə qeyd edirik. Xaricdən bəşəriyyətin siyahısında olan bu musiqiyə maraq göstərməyə gələn turistlər görürlər ki, bu sahə istədiyimiz qədər inkişaf etdirilməyib. Vəziyyətləri pisdir, oxuya bilmirlər. Deyə bilərlər ki, budurmu sizin sərvətiniz, hansı ki, dünya bəşəriyyətinin siyahısına daxil etmisiniz? Biz hansısa nominasiyanı xaricdə beynəlxalq səviyyədə təqdim ediriksə, bu, o deməkdir ki, həmin sahə daxildə elə vəziyyətdə olmalıdır ki, xaricdən gələnlər üçün bu nümunə olsun. Onlar anlasınlar ki, bu sahə nə üçün siyahıya daxil olub".