Bu ilin 8 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin 8 ayına nisbətən 23,1 faiz artıb. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ildə ölkəyə gələnlərin sayındakı artım 2015-ci ilə nisbətən 11,7 faiz təşkil edib.
Ə.Qarayev deyib ki, bu il yanvar-avqust aylarında ölkəyə 1 milyon 818 min adam gəlib: "Mövsümlə əlaqədar ölkəyə gələnlərin sayı azala bilər. Ona görə də mövsümlülük aradan qaldırılmalıdır".
Nazir deyib ki, bu il yalnız iyul-avqust aylarında hotellərdə 860 mindən çox adam yerləşdirilib.trend