Çexiya yığması Bakıya 23 futbolçu ilə gələcək

14:20 - 26 Sentyabr 2017 - İDMAN

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli ilə eyni qrupda yer alan Çexiya yığmasının heyəti açıqlanıb. Ucnoqta.az Apasport.az saytına istinadən xəbər verir ki, baş məşqçi Karel Yarolim seçmə mərhələnin Azərbaycan və San-Marino ilə keçiriləcək son iki matçına 22 futbolçu dəvət edib.
Mundiala şansı qalmayan çexlərin heyətində yeni oyunçular da var. Belə ki, Şimon Falta və Mixael Lüftner ilk dəfə əsas millinin formasını geyinmək imkanı əldə ediblər. Əvəzində komandanın aparıcı hücumçusu Patrik Şik zədə ucbatından yığmadan kənarda qalıb.

 
Qapıçılar: Tomaş Vaçlik ("Bazel", İsveçrə), Tomaş Kubek ("Renn", Fransa), Yiri Pavlenka ("Verder", Almaniya)
Müdafiəçilər: Yan Boril ("Slaviya"), Pavel Kaderabek ("Hoffenhaym", Almaniya), Teodor Gebre-Selassie ("Verder", Almaniya), Marek Suşi ("Bazel", İsveçrə), Tomaş Kalas ("Fulhem", İngiltərə), Filip Novak ("Midtyulland", Danimarka), Yakub Brabeç ("Genk", Belçika), Mixael Lüftner ("Kopenhagen", Danimarka)
Yarımmüdafiəçilər: Şimon Falta ("Siqma"), Vladimir Darida ("Herta", Almaniya), Borek Dokal ("Henan", Çin), Antonin Barak, Yakub Yankto (hər ikisi "Udineze", İtaliya), Yan Kopiç ("Viktoriya"), Tomaş Suşek, Yaromir Zmrhal, Jozef Huşbauer (hamısı "Slaviya")
Hücumçular: Mixal Krmençik ("Viktoriya"), Milan Şkoda ("Slaviya"), Yan Kliment ("Brondbü", Danimarka).
 
Qeyd edək ki, oktyabrın 5-də Bakıda millimizin qonağı olacaq Çexiya bundan 3 gün sonra San-Marinonu qəbul edəcək. 

Xəbər xətti