PSJ prezidenti Nasser Əl-Xəlafi komandann futblçusu Edinson Kavaniyə penaltilərdən imtina etməsi üçün 1 milyon avro təklif edib. Qol.az-ın "El Pais"ə istinadən yaydığı xəbərə görə, ancaq uruqvaylı hücumçu bu təklifi müsbət cavablandırmayıb. Kavanin müqaviləsində Fransa liqasının bombardiri olacağı təqdirdə, 1 milyon avro bonus olacağı qeyd olunub. Əl-Xəlafi penaltiləri Neymarın yerinə yetirməsi üçün Kavaniyə bombardir olub-olmamasından asılı olmayaraq 1 milyon ödəməyə hazır olsa da, o, bunu rədd edib.
Bundan sonra Əl-Xəlafi Neymardan penaltiləri Kavaninin yerinə yetirməsi razılıq verməsini istəyib. Ancaq braziliyalı hücumçu da bu istəyi yerinə yetirməyib.
Xatırladaq ki, Neymar Fransa Liqasının 6-cı turunda "Lion”la görüş zamanı penaltinin yerinə yetirmək istəsə də, Kavani buna mane olub. Özü isə zərbəni dəqiq yerinə yetirə bilməyib. Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə T.Silva imkan verməyib.