“Yuventus”un hücumçusu Qonsalo İquain cəzalandırıla bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi argentinalı futbolçunun “Barselona” ilə oyunda xoşagəlməz hərəkətə yol verməsi göstərilir.
Belə ki, 86-cı dəqiqədə əvəzlənən İquain meydandan çıxanda azarkeşlərə qarşı qeyri-etik jest edib. O, fanatların etirazına orta barmağını göstərməklə cavab verib.
30 yaşlı futbolçunun hərəkəti ona baha başa gələ bilər. UEFA-nın buna görə İquaini cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, “Barselona” – “Yuventus” qarşılaşması ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.