Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

09:59 - 11 Sentyabr 2017 - İDMAN

Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub. 54 kq çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək, yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə A.Əlimərdanova turniri 3-cü yerdə bitirib. Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.

Xəbər xətti