Sabaha olan hava məlumatı açıqlanıb

16:21 - 1 Sentyabr 2017 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Abşeronda havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

Xəbər xətti