Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 günlük tətil başlayır. Ölkədə sentyabrın 1-dən 4-dək qeyri iş günüdür. Belə ki, ayın 1-də və 2-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-dən 4-dək tətil olacaq. Sentyabrın 5-i isə iş günüdür. "Report"