Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu Yunanıstanın PAOK klubundan braziliyalı yarımmüdafiəçi Pedro Enrikeni icarəyə götürmək istəyir. Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı klubun direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlama verib. O, bildirib ki, futbolçu ilə danışıqlar hazırda davam edir:
“Enrike transfer siyahımızda olan futbolçudur. Onu heyətə qatmaq üçün danışıqlar aparırırq. Hazırda danışıqlar müsbət yöndə davam edir”