DÇ-2017: Azərbaycanlı güləşçi erməni idmançıya qalib gəldi
16:01 - 22 Avqust 2017 - İDMAN
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.
80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev isə 1/16 finalda rusiyalı Roman Vlasovu, 1/8 finalda isə erməni əsilli Polşa təmsilçisi Edqar Babayanı məğlubiyyətə uğradıb - 8:0.
Növbəti mərhələdə E.Mürsəliyev mərakeşli Zied Aid Ouaqramla üz-üzə gələcək.