"İlk oyundakı 1:0 hesabı bizim üçün maneə deyil. Bunu ötən mərhələdə “Vardar”la oyunlarda sübut etmişik”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri “Kopenhagen”in baş məşqçisi Stole Solbakken klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunu haqda bildiirn.
Norveçli mütəxəssis hazırda “Qarabağ”ın üstün durumda olmasını qeyd etməklə yanaşı, mərhələ adlamaq şanslarının olduğunu da bildirib: “Adətən bu mərhələnin matçları çətin olur. İlk oyundakı nəticədən sonra “Qarabağ”ı favorit adlandırmaq olar. Amma unutmayaq ki, bizim də şansımız var. Çərşənbə günü “Qarabağ” qapalı futbola üstünlük verəcək. Ancaq biz evdə oynayırıq və tribunalar dolu olacaq. Azarkeşlərin dəstəyi ilə daha artığına nail olmaq niyyətindəyik”.
Qeyd edək ki, avqustusun 23-də keçiriləvək “Kopenhagen” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.