Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Kopehagen” - “Qarabağ” matçında anşlaq olacaq. Qol.az-ın Danimarka mətbuatına istinadən yaydığı xəbərə görə, azarkeşlərin oyuna marağı böyükdür.
Artıq satışa çıxarılan 40 min biletdən 6646-sı qalıb.
Qeyd edək ki, avqustun 23-də 40 minlik “Parken” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.