UEFA Çempionlar Liqasının pley-off mərhələsinin startı Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edib. Pley-offun ilk matçında “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edən çempionumuz Azərbaycanın reyqin aktivini daha 0.250 xalla zənginlışdirib.
Hazırda Azərbaycan 17.625 reytinq xalı ilə yenə də 22-ci pillədə qərarlaşıb. Buna qədər bizi 1 pillə qabaqlayan Kipr APOEL-in “Slaviya” üzərindəki qələbəsindən (2:0) sonra bir pillə irəliləyib. Əvəzində Rumıniya 18.650 xal 21-ci yerə enib.
Qeyd edək ki, cari mövsüm qazanılan 2.875 xalın 1.125-i “Qarabağ”ın, 0.750-si “İnter”in, 0.625-i “Zirə”nin, 0.375-i isə “Qəbələ”nin aktivindədir. qol.az