"Qarabağ" tarixi qələbə qazandı
21:58 - 15 Avqust 2017 - İDMAN
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Oyunun ilk hissəsində Mahir Mədətovun qolu ilə "Qarabağ" hesabı açıb. Qarşılaşma bu hesabla da sona çatıb.
Bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.
UEFA Çempionlar Liqası,
Pley-off, ilk oyun
“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) 1:0
Qol: 25 - Mahir Mədətov
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)