“Azərbaycan bayrağını qaldırmaq arzum idi"
11:45 - 11 Avqust 2017 - İDMAN
Türkiyənin təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev 200 metr məsafəyə qaçışda dünya çempionu olub. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bununla bağlı “TRT Spor”a açıqlama verib.
Quliyev uğur qazanacağına əvvəlcədən inandığını bildirib: “Ötən ildən bu yarışa hazırlaşırdım. Uğurlu olacağıma əmin idim. Tokioda keçiriləcək 2020 Yay Olimpiya Oyunlarında da uğur əldə etməyə çalışacam. Çox istərdim ki, Useyn Boltla rəqib olum. Amma alınmadı”.
Ramil qələbəni Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etməsinə də münasibət bildirib: “Azərbaycan bayrağını qaldırmaq arzum idi və bunu etdim”.